Türkiyənin Ərzurum şəhər məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanın Ermənistanla dostluq abidəsinin dağıdılması planını yasaqlayıb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, məhkəmə abidənin yerləşdiyi Qars şəhərinin təsdiqlədiyi plana müvəqqəti qadağa qoyub.
Abidənin memarı Məhmət Aksoy planı dəfələrlə tənqid edib. 30 metrlik başa çatdırılmamış abidə iki nəfəri təsvir edir. Yanvar ayında Qarsa səfər edən Ərdoğan abidəni müdhişlik adlandıraraq, onun yaxınlıqdakı islam məbədini kölgə altında qoyduğunu deyib. O, şəhər merinə abidənin yerləşdiyi bölgədə park salınmasına göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB