"Azərbaycanda sosial evlərin tikintisini artırmaq lazımdır" DEPUTAT
"Azərbaycanda sosial evlərin tikintisini artırmaq lazımdır, çünki indiyə qədər tikilən sosial evlər böyük maraq doğurub". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: "Maliyyə Nazirliyinə təklif edirəm həm paytaxda evlərin tikintisini artırsın, eyni zamanda regionalarda sosial evlərin tikintisinə başlanılsın". Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: "Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxatdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB