Paşinyanın sərsəm bəyənatları münaqişənin sülh yolu ilə həllini çətinləşdirir

Paşinyanın sərsəm bəyənatları münaqişənin sülh yolu ilə həllini çətinləşdirir

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən özünün millətçi baxışları, təcavüzkarlıq siyasəti, sərsəm bəyanatları, fikirləri ilə seçilir və onun Dağlıq Qarabağda referendum keçirməsi barədə bəyanatı da bu baxımdan xarakterikdir. Bunu SİA-ya müsahibəsində millət vəkili Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, bütün dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yəqin ki, baş nazir dərk etmir və başa düşmür ki, onun mövqeyi beynəlxalq hüquq normalarına, BMT-nin nizamnaməsinə, mövcud qətnamələrə ziddir.

“Paşinyan bu bəyənatı ilə Ermənistanın bu münaqişədə tərəfdaş olduğunu həm də təsdiq edir. Eyni zamanda Dağlıq Qarabağ icmasının 90 min nəfərə yaxın olduğunu unudur. Əlbəttə ki, baş nazirin belə sərsəm bəyənatları münaqişənin sülh yolu ilə həllini çətinləşdirir. Azərbaycanın öz torpaqlarını başqa vasitələrlə azad etməsinə zəmin yaradır və əsas verir. Sözsüz ki, Paşinyanın belə düşünülməmiş bəyənatları beynəlxalq ictimaiyyət tərəfindən də yaxşı qarşılanmır. Və iqtisadi, siyasi böhran içərisində yaşayan respublikanın vəziyyətini daha da çətinləşdirir. Şübhəsiz ki, bu barədə Paşinyan və onun havadarları bir o qədər də dərindən düşünmürlər. Ermənistan uçuruma doğru getməkdədir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə