"Bildiyimiz kimi bir neçə gün əvvəl ABŞ-ın Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar qəbul edildi və ictimailəşdi". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O, qeyd edib ki, bu məsələnin önündə ilk növbədə erməni lobbisinin dayandığını hər birimiz yaxşı bilirik: “Nümayəndələr Palatasına ermənilərin təsiri var və bu təsirin nəticəsi olaraq qondarma “erməni soyqırımı”nı tanınması ilə bağlı qərar qəbul edillib. Təbii ki, bu yanlış bir addımdır, bunun heç bir siyasi, hüquqi, tarixi əsası yoxdur və sadəcə olaraq erməni lobbisinin siyasi marqlarını dəstəkləmək məqsədi ilə müəyyən siyasi dairələrin fikirləşdiyi və yaratdığı qondarma “erməni soyqırımı”dır".
Deputat həmçinin vurğulayıb ki, beynəlxalq qurumların, xüsusilə ABŞ-ın özü bu məsələyə ciddi reaksiya göstərməlidir və eyni zamanda BMT-də də məsələyə ciddi reaksiya verilməlidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezident Admistrasiyası ciddi reaksiya bildirildi və həmçinin, ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verildi və nota göndərilməsi qeyd olundu
“Bütün bu addımların məqsədi Türkiyənin və türkdilli xalqların ümumilikdə mövqeyini zəiflətmək, dünya ictimaiyyətinə soyqırımı həyata keçirən bir xalq kimi təqdim etmək eləcə də türkdilli dövlətlərin və Türkiyənin inkişafına xələl gətirmək məqsədi ilə atılmış addımdır. Onlar şahidi olurlar ki, türkdilli dövlətlər son zamanlar iqtisadi baxımdan necə inkişaf edir, dünyada söz sahibinə çevrilirlər. Təbii ki, düşməni bu qıcıqlandırır və çalışırlar ki, islahatlarla dünya ictimayyətinin fikrini bu məsələlərə yönəltsinlər. Bu da erməni hiyləgərliyinin növbəti addımının bariz nümunəsidir”, - deyə C.Osamanov qeyd edib.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB