Binəqədi rayonunda «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində tədbir keçirilib

Binəqədi rayonunda «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində tədbir keçirilib

Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon gənclər və iman iarəsinin birgə təşkilatçılığı ilə keçirilən «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində 83 nömrəli məktəb-liseydə növbəti təqdimat baş tutub.
Tədbirdə çıxış edən 83 nömrəli məktəb-liseyin müəllimi Samirə Əjdərqızı İmadəddin Nəsiminin yaradıcılığı haqqında danışıb. Nəsiminin insana və sözə verdiyi yüksək dəyərdən bəhs edib.
Tədbirdə çıxış edən 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova təqdimatın hazırlanması və ərsəyə gəlməsi barədə məlumat verdi. Şagirdlərin iştirakı ilə tarixi və ədəbi şəxsiyyətin yaradıcılıqlağına nəzər salaraq, onun araşdırılması və təqdim edilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimini orta dövrlərin zülmündən bu günümüzə gətiririk. Şair bizi, biz də şairi dinləyirik. Həyat yoluna nəzər salırıq, yaradıcılığını vərəqləyirik. Öyrənirik, təəssüflənirik, kədərlənirik və qürurlanırıq. İnsanı kamilləşməyə çağıran, ictimai bərabərsizliyə qarşı çıxış, zülmü, istismarı rədd edən humanist sənətkar bu gün də azad, demokratik, tolerant ölkəsində xoşbəxtdir və mənmundur. Bugünkü Azərbaycan gəncliyinin sələfi olan Nəsimi bayrağımıza işarə edərək, ona ucalıq və yenilməzlik arzulayır».
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. 83 nömrəli məktəb-lisey, 135 və 248 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və Nəsimiyə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edilib, kompozisiyalar və rəsm əsərləri nümayiş etdirilib. Səsləndirilən bütün qəzəllərdə və kompozisiyalarda Nəsiminin böyük söz ustası, mütəfəkkir, şəxsiyyət, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası, hətta bəşəriyyət üçün nadir incilərdən olduğu bir daha təsdiqini tapır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, «Nəsimi dühası-650 il» adlı layihədə Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət və rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə