Geriyə addım və məğlubiyyət reallığı TƏRS BAXIŞ

Geriyə addım və məğlubiyyət reallığı TƏRS BAXIŞ

İcazəsiz aksiyanın təxirə salınması uduzmağın etirafıdır

Qaragüruhçu müxalifətin noyabrın 2-də icazəsiz aksiya keçirmək planının və sonradan təxirə salması qərarının arxasında bir reallıq dayanır – uduzmaq və məğlubçuluğun etirafı! Sirr deyil ki, AXCP sədri Əli Kərimli və “Milli Şura”nın sədri Cəmil Həsənli xarici dairələrin sifarişlərini həyata keçirməklə ölkədə hərc-mərclik, vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərirdilər. Lakin xalqın onları dəstəkləməməsi, rədd etməsi faktı artıq hər şeyi sübut etdi. Bu, həm də radikallığın, dağıdıcılığın, anarxiyaçılığın məhvidir desək, heç də yanılmarıq.

“İnqilab”, “qiyam” kimi məsələləri hər zaman öndə tutan qaragüruhçular dəstəsi yaxşı bilirdilər ki, onların çirkin əməllərinə qarşı nəhəng xalq ordusu dayanıb

Ümumiyyətlə, icazəsiz aksiyanın keçirilməsi planı arxasında dayanan amillərdən biri də bu idi ki, Ə.Kərimli müəyyən xarici təşkilatlara, şəxslərlə görüşünü sosial şəbəkədə yayımlayaraq əslində milli dövlətçiliyimizə xəyanət etdiyini sübuta yetirdi. Daha dəqiq desək, AXCP sədri xalqın, milləti düşünmədiyini, yalnız şəxsi dividentinə xidmət etdiyini öz dili ilə etiraf etdi. Təbii ki, özünü xalqdan, dövlət maraqlarından təcrid edən birinə xalq heç vaxt dəstək verəməyəcəkdi və vermədi də. Ona görə də, nəticədə Ə.Kərimli və C.Həsənli cütlüyü geriyə addım atmalı oldular. Həmçinin, “inqilab”, “qiyam” kimi məsələləri hər zaman öndə tutan qaragüruhçular dəstəsi yaxşı bilirdilər ki, onların çirkin əməllərinə qarşı nəhəng xalq ordusu dayanıb və heç vaxt belə əməllərə imkan verməyib, verməyəcək də. Köhnə təfəkkürləri, küçə uşaqları siyasəti ilə düşünən belə müxalifətin rədd edilməsi artıq bir gerçəklikdir.

Radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə vermədi, bundan sonra da verməyəcək!

Beləliklə, demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin istəyi, arzusu baş tutmadı. Onların ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaq cəhdləri məhvə düçar oldu.

“Milli Şura”nın başbilənləri anlamağa məhkumdurlar ki, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır və bu faktor sabitliyi şərtləndirən əsas amildir. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə vermədi, bundan sonra da verməyəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə