“Radikalların hər bir “lider”i Qərbin missioneri vəzifəsinin daşıyıcısıdır” RƏY-ÖZƏL
"Sosial bazası və ictimai dəstəyi olmayan, vaxtilə bir-birlərini satqın, xain adlandıran radikal müxalifət heç vaxt bir araya gələ bilməz". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.
Onun sözlərinə görə, düzdür, bir vaxtlar müxalifət birləşməklə bağlı bəyanatlar veriblər, lakin Əli Kərimli kimi özünü “ana müxalifət” sayanların şəxsi ambisiyaları üzündən bu alınmayıb: "Radikal müxalifət düşərgəsini bir araya gətirmək qeyri-mümkündür. “SİDSUH”, “Demokratik Konqres”, “MKM”, “Bizim Azərbaycan”, “İctimai Palata”, “Qarabağ”, “Azadlıq Bloku və digər bloklar yaradıblar, sonradan çəkişmələr, şəxsi ambisiyalar üzündən, qarşıdurmalar nəticəsində dağılıblar. Radikalların hər bir “lider”i Qərbin missioneri vəzifəsinin daşıyıcısıdır. Elə onların birliyinə mane olan amillərdən biri də budur. Müxtəlif mənbələrin sifarişlərini, öhdəliklərini yerinə yetirilər. Ona görə də aralarında fikir ayrılıqları yaranır, biri o birinin dediyini həzm etmir. Bəziləri xaricdə, bəziləri daxildən sifariş alır. Birlik, həmrəylik radikal müxalifət düşərgəsinə xas olan termin deyil. Zaman-zaman bunun şahidi olmuşuq. Parlament və prezident seçkiləri öncəsi və sonra yerli mediada bir-birlərinə söz savaşı açan, bir-birlərini xarici qüvvələrə işləyən, satqın, xain deyən bunlar deyildimi? Arif Hacılı birlik yaratmaq istəyirsə rəhbərlik etdiyi Müsavata göz gəzdirsin, partiya daxilində birlik yaratsın. Hər il yüzlərlə müsavatçı A. Hacılının siyasətinə etiraz edərək, partiyadan ayrılıblar. Uzağa getməyək, elə bu ilin mayın 28-də Müsavat Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirib. Həmin gün Milli Şura adlanan qurum aksiya keçirib. A.Hacılı birlik istəyirsə nədən özünü Milli Şura adlanan qurumdan ayrı salmışdı, onlarla bir sırada addımlamağı özünə sığışdırmadı. Bu şəxsin çağırışına heç kim cavab verməyəcək. Radikal müxalifət düşərgəsində A.Hacılını demokrat fikirli bir partiya sədri kimi qəbul etməyənlər çoxdur. Radikal müxalifətdə birlik modeli ona görə alınmır ki, onların fəaliyyəti milli maraqlara istiqamətlənməyib. Ümummilli məsələlərdə belə fikirlər haçalanır, mövqelər sərtləşir, qərəzli olur. Bir-birlərini bir fərd, müxalifət nümayəndəsi kimi qəbul etmirlər. Bir-birlərini təmkinlə, səbirlə dinləmək istəmirlər. Radikal müxalifət düşərgəsində siyasi mədəniyyət anlayışı belə yoxdur. Onlar siyasi mübarizələrini ancaq küçələrdə qışqırmaqla aparmağa üstünlük verirlər. Belə müxalifət heç vaxt birlik modeli yarada, qura bilməz. Bu gün Azərbaycana yeni fikirli, dünya görüşlü, tarixi, fəaliyyəti ləkələnməyən müxalif simalar lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB