"Ciddi şəkildə "Rəqəmsal İqtisadiyyat"ı inkişaf etdirmək lazımdır" ÖZƏL-MÜNASİBƏT
"Rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir". Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın bir sahəsi olan kənd təsərrüfatı sahəsində aparılan tədqiqatlara görə inkişaf etmiş ölkələrdə 1960-cı ildə 1 fermer orta hesabla 26 insanı "yedizdirirdi". Daha sonra baş verən Biotexnoloji inqilab nəticəsində artıq 2017-ci ildə 1 fermer 155 insanı "yedizdirməyi" bacardı: "Hazırda baş verən Rəqəmsal inqilab nəticəsində 2050-ci ildə 1 fermer 250 insanı "yedizdirməyi" bacaracaq. Ciddi məhsuldarlıq artımı və s hesabına.
Nəzərə alsaq ki, Azərərbacanda fermerlər əsasən insanları qida məhsulları ilə təmin edirlər, onda ümumi hesablamalara görə hazırda ölkədə 1 fermer 30 insanı "yedizdirir". Müqayisə üçün, Ukraynada 1 fermər cəmi 10 insanı "yedizdirə" bilir. Bu rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə "Rəqəmsal İqtisadiyyat"ı inkişaf etdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB