Mən yalnız Nikol Paşinyanın hakimiyyətə gəlməsinə kömək etməkdə günahlandırıla bilərəm. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu keçmiş spiker Ara Babloyan cinayət işi ilə əlaqədar olaraq deyib.
“Əgər bilsələr və Nikol Paşinyanın hakimiyyətə gəlməsini dəstəklədiyimi söyləsələr, açıq şəkildə deyə bilərəm ki, mən məhz bu işdə səhv etdim”, deyə Babloyan bildirib.
Ara Babloyan şübhəli hesab olunur. Hətta Ermənistan mətbuatının yaydığı məlumatlara görə, sabah ittiham da oluna bilər. BU ölkənin mətbuat səhifələrində xüsusilə vurğulanır ki, eyni iş üzrə Babloyanın zamanında Millət Məclisi başçısının müavini olan Arsen Babayan da həbs edilib.
Əslində Ara Babloyan qeyd edib ki, əgər Qrayr Tovmasyan işində qanun pozuntusuna yol veribsə, o zaman Nikola Paşinyan işində də belə edib. Əksinə, bu Paşinyanın məsələsində pozuntu deyildisə, o zaman hər ikisinə də tətbiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB