Ermənistanda həbslər və təhdidlər davam edir

Ermənistanda həbslər və təhdidlər davam edir

Ermənistan hakimiyyəti indi də Arsen Babayanı həbs edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan parlamentinin keçmiş aparat rəhbərinin müavini Arsen Babayan bu gün məhkəmənin qərarı ilə həbs olunub.

Məlumatda qeyd olunur ki, Babayan "hakimiyyətin zəbt edilməsi" maddəsi ilə ittiham olunur. Ermənistana məxsus mətbuat səhifəsində həmçinin nəzərə çatdırılır ki, Babloyanın müsahibəsini, həmçinin Qaqik Arutyunyanın reportajını diqqətlə izlədikdə ittiham aktının reallıqla əlaqəsi olmadığı qənaətinə gəlinir. Bəlli olur ki, Arsen Babayanın həbsi də əvvəlkilər kimi Ermənistanın yeni hakimiyyətinin ssenarisi və göstərişidir. Görünür, Ermənistanda repressiyalar, həbslər və təhdidlər səngiməyib, əksinə, daha böyük ətalətlə davam etdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə