Ermənistan ölkədə QİÇS-in qarşısının alınması üçün Rusiyanın 3,5 milyon dollar ayıracağını gözləyir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, HİV virusunun qarşısının alınması proqramının üçüncü mərhələsi çərçivəsində Rusiyanın Ermənistana 3,5 milyon dollar dəyərində donor yardımı edəcəyini söyləyib.
Onun sözlərinə görə, Rusiya 2015-ci ildən bu proqramın icrası çərçivəsində Ermənistana 5 milyon dollardan çox pul ayırıb. O, qeyd edib ki, Rusiya tərəfinin dəstəyi sayəsində Ermənistanda artıq HİV testi üçün iki mobil laboratoriya yaradılıb və bundan əlavə, 250-dən çox mütəxəssis yenidən hazırlanıb.
Rəsmi məlumatlara görə, 1 oktyabr 2019-cu il tarixinə Ermənistanda 3,654 HİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb ki, onlardan 69% -i kişilərdir. Uşaqlar arasında 60 HİV halı da qeydə alınıb. 3,5 mindən çox insan dispanser qeydiyyatında və antiretrovirus müalicə alır. Bəlli olur ki, təhlükəli virus Ermənistanı bürüyüb və bundan nəinki həmin ölkənin daxilində, eləcə də Rusiyada belə həyəcan təbili çalınır və ehtiyat tədbirlərinə əl atılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB