Gəncə və ətraf rayonlarda torpaqların sürətlə şoranlaşması prosesi gedir
Gəncə və ətraf ərazilərdə minlərlə hektar ərazi şoranlaşma təhlükəsi ilə üz-üzə qalıb. Torpaq sahələri artıq istifadəsiz hala düşməkdədir. Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov SİA-nın bölgə müxbirinə bildirib ki, vəziyyət belə davam etsə bölgədə əkinə yararlı torpaq sahələri tamamilə azalacaq. Bu isə məhsuldarlığa, xüsusilə taxıl məhsullarının azalmasına şərait yarada bilər.
"Yaranan vəziyyət dövlətin taxıl və digər sahələrinin inkşafına ayırdığı maliyyə yardımlarının itgisinə yol açmaqdadır. Problemin getdikcə dərinləşməsinə səbəb isə fermerlərin əkin sahələrinin suvarma işlərində yol verdikləri qüsurlardır. Sahələrin normadan artıq suvarılması nəticəsində sonradan torpaq da şoranlaşmaya məruz qalır", Z.Abbasov əlavə edib.
Artıq təhlükə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Torpaqların şoranlaşmasının bu ilki məhsul yığımına təsirsiz ötüşməyəcəyi dəqiqdir. Hələlik isə dəyən ziyanın məbləğini hesablamaq mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB