İranın ilk Atom Elektrik Stansiyası istehsala başlamadan fəaliyyətini dayandırıb.
SİA-nın xəbərinə görə, Rusiya tərəfindən inşa edilən Buşəhr stansiyasında soyutma pompasının qırıldığı, bu səbəbdən 4 ay öncə doldurulan nüvə yanacağının geri boşaldıldığı bildirilib. Nasazlığın aradan qaldırılmasının 3 ay çəkməsi gözlənilir. Tehran yanacağın boşaldıldığını Beynəlxalq Atom Enerjisi Təşkilatına da bildirib və səbəb olaraq soyuducu pompanın qırılmasını göstərib.
Rusiya mənbələri isə stansiyada 1970-ci ildən qalma 4 pompa olduğunu, onlardan birinin zərər gördüyünü və 3 millimetrlik metal parçalarının soyutma sisteminə girdiyini bildiriblər. Bu parçalar sistemdən təmizləndikdən sonra reaktora yenidən yanacaq yüklənməsi planlaşdırılır.
Mütəxəssislər isə bildirirlər ki, nasazlıq aradan qaldırıla bilmədiyi təqdirdə radioaktiv sızıntı ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB