Keçmiş baş nazir dünyasını dəyişib

Keçmiş baş nazir dünyasını dəyişib

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan 85 yaşında dünyasını dəyişib. SİA-nın xəbərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Ərbakanı müəllim və lider adlandıraraq, onun xatirəsinin daim yaşayacağını bildirib.

1969-cu ildə böyük siyasətə gəlmiş Nəcməddin Ərbakan 1995-ci ildə Türkiyənin baş naziri olub. 1997-ci ildə Türkiyə hərbi qüvvələri baş nazir Ərbakanı hakimiyyətdən getməyə məcbur edib. 1998-ci ildə onun Səadət partiyasının fəaliyyəti qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə