Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalının istehsalı olan "Qafqaz İslam Ordusu – 1918" sənədli filminin fevralın 26-da təqdimat mərasimindəki çıxışında deyib: "Bizim Azərbaycanla əlaqələrimiz sadəcə könüldən gələn bir qardaşlıqla bağlı deyildir. Azərbaycan ilə Türkiyə qardaşlıq vəzifələrini hər zaman yerinə yetiriblər. Bizi Azərbaycanla uzun bir tarix birləşdirir. Bu tarix boyu bizim ürəyimiz Azərbaycanla birlikdə döyünüb. Bu əlaqələr 1991-ci ildən başlamır. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu əvvəlcə Gəncə şəhərini, sonra Bakını işğaldan azad edib. Azərbaycanın böyük şairi Əhməd Cavad bunu vəsf etmiş, öz şeirində "Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına" deyib. Qafqaz İslam Ordusunda 8 min Anadolu türkü, 7 min Azərbaycan türkü döyüşüb".
Rəcəb Tayyib Ərdoğan Qafqaz İslam Ordusunun tərkibində şəhid olanlara Allahdan rəhmət diləmiş, bu sənədli filmin gənc nəslin də vətənpərvərlik ruhunda tərbiyə alması üçün TRT-nin tədris kanalında nümayiş etdirilməsini tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB