""Qarabağ Azərbaycanındır, nida" cümləsi işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı" MÖVQE

""Qarabağ Azərbaycanındır, nida" cümləsi işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı" MÖVQE

"Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan "Valday" diskussiya klubunda iştirak və çıxış etməsi olduqca maraqla qarşılandı və mühüm siyasi ismarıclarla yadda qaldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, "Valday" diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır. Bu dəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər. Belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri Paşinyana və onun sərəsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki, bu işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı: "Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məz Rusiya Federasiyasından, "Valday" diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir icmarıcdır. Prezident İlham Əliyev "Qarabağ xalqı" kimi təxribatçı ifadələrə də cavab verərək bildirərək qeyd etdi ki, bu kökündən yanlış ifadədəir, Qarbağ əhalisi var və bu azərbaycalı və erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25 azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu qətiyyətli mövqe bir daha Azərbaycanın qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi".

Rusiya Azərbaycan münasibətlərinə gəldikdə isə H.Babaoğlu qeyd edib ki, hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya–Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işguzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost ,mehriban qonşudur. Əlbəttə münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkən geostrateji çagrışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır Ona görə də tərəflər arasında "yol xəritəsi"nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev "Valday" klubunun fəaliyyətini də yüksək qiymətləndiriərık onu dünyanın ən mühüm məsələlərinin müzakirə olundiğu platforma kimi qiymətləndirdi. Döğurdan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən bu münasibətlərin gələcək perespektivləri baxımından da olduqca önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə