Paşinyan hakimiyyəti zibil yığanların puluna göz dikib

Paşinyan hakimiyyəti zibil yığanların puluna göz dikib

İrəvan meri Sanitek şirkəti ilə razılaşmanı tamamilə ləğv edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə İrəvan meri öz Facebook səhifəsindəki video mesajında bildirib.

Məlumatda qeyd olunur ki, İrəvan meri Ayk Marutyan Ermənistan paytaxtında zibil yığma və sanitar təmizlik işləri aparan "Sanitek" şirkəti ilə müqaviləni birtərəfli qaydada pozub və tamamilə ləğv edib.

Görünür, Ermənistan hakimiyyəti işçilərin haqqını ödəmək əvəzinə müqaviləyə xitam verməyi qərara alıb. Bir sözlə, müqaviləyə xitam verməklə Ermənistan hakimiyyəti borcundan, işçilərə ödəmili olduğu ödənişlərdən imtina edir. Daha dəqiq desək, Paşinyan hakimiyyəti zibil yığanların puluna göz dikib və bu pulları ödəməkdən imtina edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə