Emin Həsənli: “”Milli Şura” uğursuzluğa məhkumdur” RƏY-ÖZƏL

Emin Həsənli: “”Milli Şura” uğursuzluğa məhkumdur” RƏY-ÖZƏL

“Hər zaman olduğu kimi yenə də müxalifət təmsilçiləri anormal hərəkətləri ilə özlərini gündəmə gətirməyə çalışırlar”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, onsuzda bəri başdan bəllidir ki, onlar tərəfindən keçirilən aksiyalar heç vaxt baş tutmayıb və bundan sonrada baş tutmayacaqdır: “Ona görə də, yaxşı olardı ki, müxalifət bu cür yersiz hərəkətlərində əl çəksinlər. Onsuzda hər kəsə məlum məsələdir ki, xaricidə bəzi qüvvələr var ki, onlar Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. Demək olar ki, həmin xarici qüvvələr ölkəmizdə nə isə bir xoşagəlməz bir vəziyyət yaratmaq üçün əllərindən gələni edirlər. Amma hər dəfə də onların ölkəmiz ilə bağlı planları baş tutmayaraq uğursuzluqla nəticələnir. Bir sözlə, istər xarici qüvvələrin, istərsə də daxildə olan müxalifətin nə etməsindən və nə istəməsindən asılı olmayaraq onlar heç məkrli planları baş tutmayacaqdır. Müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Bu da onların nəzərdə tutduqları aksiyaların baş tutmayacağından xəbər verir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə