"İnsanlar tam azad, demokratik şəraitdə yaşayırlar" ÖZƏL-MÜNASİBƏT

"İnsanlar tam azad, demokratik şəraitdə yaşayırlar" ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlığı zamanı sakinlərlə görüşündə haqlı olaraq dedi ki, “Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır”. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Bunu nəinki ölkə Prezidenti dilə gətirir, eləcə də bütün insanlarımız deyir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sabit bir ölkəsidir: "Çünki biz başqa ölkələrə nəzər salanda görürük ki, orada qarşıdurmalar, uzun sürən mitinqlər, terror və s. səngimək bilmir. Amma Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq ölkə rəhbərliyinin düzgün düşünülmüş siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olunub və insanlar tam azad, demokratik şəraitdə yaşayırlar. Bunu bizim hər birimiz sübut edə bilərik. Bildiyiniz kimi vaxtilə Azərbaycanda qarşıdurmalar baş alıb gedirdi, silahlı dəstələr var idi və insanlar küçəyə çıxmaqdan qorxurdular. Amma bu gün vəziyyət tamam fərqlidir. Artıq xaricdən ölkəmizdə gələn xarici turistlər də ölkəmizin günü-gündən inkişaf etdiyini dilə gətirirlər. Hesab edirəm ki, bütün bunlar alqışlanmalıdır. Əgər ölkəmizdə stabillik, sabitlik olmasa idi, mötəbər tədbirlər, idman yarışları, görüşlər, musiqi festivalları və s. Azərbaycanda keçirilməzdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə