Rusiya prezidenti Vladimir Putin artıq Ermənistandadır, lakin erməni baş nazir Nikol Paşinyanın onunla görüşmək təklifi rədd edilir. Ermənistana məxsus “168 Jam” qəzeti də bu barədə açıq-aşkar yazır. Ermənistanın bir sıra xəbər saytları, məsələn, aysor.am kimi sayt da bunu yayımlamaqdan çəkinmir, bu reallığı etiraf edir.
Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda təkbətək görüş barədə təklifinə Rusiya prezidenti Vladimir Putin məhəl də qoymur. Qəzet öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Ermənistanda cəmi bir neçə saat olacaq və hətta görüşdən sonrakı rəsmi nahar yeməyinə də qatılmayacaq. Qəzet təsdiq edir ki, Ermənistan tərəfi ikitərəfli görüş təklifi etsə də, Rusiya bu təklifi indiyədək rədd edib.
Son zamanlar elə Ermənistana məxsus mətbuat səhifələrində də bu görüşün rədd edilməsi şərh edilir, təhlil olunur və müxtəlif siyasətçilər tərəfindən müzakirəyə çıxarılır. Ermənistana məxsus KİV-lərin özləri belə Paşinyanın nəinki görüş təklifinin, özünün də rədd edildiyini etiraf edirlər. Etiraf edirlər ki, Ermənistanın baş naziri Rusiya üçün, bu ölkənin prezidenti Vladimir Putin üçün zərrə qədər maraq kəsb etmir. Əksinə, tamamilə maraqsız olduğu göz qabağındadır.
Belə bir yanaşmanın hardan qaynaqlandığı əslində ümumilikdə dünya ictimaiyyəti üçün sirr də deyil. Çünki, ötən ilin aprel ayından bu vaxta qədər Paşinyanın rəhbərliyi ilə Ermənistanın hansı oyunlarda iştirak etdiyi, Rusiyaya qarşı olan mövqeyi təkcə Putinə deyil, hər kəsə bəllidir. Nə Nikol Paşinyana, nə də ümumilikdə Ermənistana rusların simpatiyası artıq mümkünsüzdür. Çünki, mövcudluğuna görə nəinki bütövlükdə Ermənistanın, hətta hər bir erməninin belə borclu olduğu rusları ermənilər bir anda Qərb siyasətinə satdılar. Ukrayna məsələsinin müzakirəsində də bu satqınlıqlarını utanmadan açıq-aşkar da nümayiş etdirdilər.
Doğrudur, baş nazir Paşinyandan tutmuş, sıravi erməniyə qədər hər kəs bu satqınlığın səhv addım olduğunu anladı. Amma artıq çox gecdir və Vladimir Putinin timsalında rusların hər biri erməni simasızlığına, xəyanətkarlığına tam şahid oldular. Şahid olmaqla da bitmədi və əmin olundu ki, bu erməni deyilən toplum bir anın içərisində özünə böyük qardaş hesab etdiyi və hər zaman arxalandığı xalqı da, dövləti də sata bilir və xəyanətkarlıqda mahirdir.
Təkcə ruslar yox, elə ermənilər özləri də çox gözəl bilirlər ki, Qafqazda məskunladırıldqlarına görə, nəticədə bu gün hansısa bir əraziyə sahib olduqlarına görə belə onlar ruslara borcludurlar. Bilirlər ki, tarix boyu elə tarixdən silinmək təhlükəsindən onları ruslar xilas ediblər. Yaxşı bilirlər ki, bu gün regionda ayaqlar altında qalmalarının səbəbi bir zaman böyük qardaş kimi sığındıqlarına indi qarşı çıxmalarıdır.
Bir vaxtlar Nikol Paşinyana “qaz” verib verbofka edən Qərb olsa da sonda bu ölkə ən azından Rusiyanın qazına möhtacdır ki, bunu da hər bir erməni çox aydın şəkildə dərk edir. İndi qazın qiymətinin artırılması məsələsi ortaya çıxanda ermənilər əl-ayağa düşəsi olublar. Vladimir Putin onların növbəti dəfə simasızlığının səbəbini özlərindən də yaxşı bilir. Bilir ki, bu yaxınlaşmaq, bu görüş təklifi heç də dostluq münasibətləri deyil və sadəcə, möhtac olduqlarına görə erməni xislətindən doğan yaltaqlıqdır.
Rusiya prezidentinin Ermənistanda cəmi bir neçə saat olacağı, hətta görüşdən sonrakı rəsmi nahar yeməyinə də qatılmayacağı əbəs yerə deyil. Bu Ermənistan tərəfinin ikitərəfli görüş təklifinin Rusiya tərəfindən rədd edilmləsidir. Təkcə Ermənistan tərəfinin deyil, baş nazirin təklifinin rədd edilməsi elə Nikol Paşinyanın özünün də rədd edilməsi deməkdir.
Vladimir Putin rəhbərlik etdiyi dövlətə, Rusiyaya qarşı mövqe sərgiləyən, bu yolda Qərbin siyasətinə alət olan birini rədd etməkdə əslində haqlıdır. Onun haqlı olduğunu heç Qərb siyasətçiləri də təkzib edə bilməz. Çünki, Qərb də onları bəzi hallarda Rusiyanın ayaqlarına atan Paşinyanı tanıyıb. Ermənistanın baş nazirinə lazım olduğunda Qərbə, lazım olmayanda Rusiyaya meyl etdiyi heç birinin diqqətindən kənarda deyil. Ona görə də bu gün Nikol Paşinyanla görüşdən imtina edən Vladimir Putini heç kim qınamayacaq.
Digər tərəfdən, rədd cavabı məsələsi təkcə xəyanətkarlıqla da bağlı deyil. Bu məsələ Ermənistanın vəziyyəti, onun bugünkü durumu, Nikol Paşinyanın reytinqini, nüfuzunu itirməsi və bu kimi digər amillərlə də əlaqədardır. Etiraf edək ki, əlaqələrin qurulmasında və yaxşılaşdırılmasında iqtisadi səmərəlilik, ən azından siyasi maraqlar da böyük rol oynayır. Hər bir dövlət, bu dövlətin başçısı iqtisadi cəhətdən səmərəli olan əlqələrə, yəni iqtisadi potensialı olan dövlətlərlə əlaqələrə maraqlı olurlar ki, bu maraqların heç biri Ermənistan üçün xarakterik deyil.
Məsələn, Rusiya Azərbaycanla əlaqələrə niyə də maraqlı olmasın? İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan Azərbaycanla əlaqələrin qurulması təkcə Rusiya deyil bütün dünya ölkələri üçün maraqlıdır. Azərbaycanın beynəlxalq və regional layihələri, tranzit xətləri, məhsul istehsalı, ixrac və idxal potensialının fonunda ölkəmizlə əlaqələrin qurulması, yaxşılaşdırılması təkcə Rusiya deyil hər bir ölkə üçün maraq dairəsindədir. Çünki, Azərbaycan investisiya baxımından da münbit yerdir və bu əlaqələr gələcək perspektivləri şərtləndirir.
Ermənistan üçün isə bunları demək mümkün deyil. Çünki, Ermənistan nə istehsalla məşğuldur, nə ixracatından, nə də idxalından söhbət belə gedə bilməz. Bu ölkə heç bir qlobal və regional layihələrdə də iştirakçı deyil. Bütün layihələrdən kənarda qalmış Ermənistan bölgədə marginallaşmış bir durumdadır. Ermənilər özləri də etiraf edirlər ki, Nikol Paşinyanın Los-Ancelesdə erməni diasporundan vəsait istəməsi, daha doğrusu dilənməsi, Ermənistanın, bütövlükdə ermənilərin hamısının istehsaldan, məhsuldan, gəlirdən məhrum olmasının təsdiqidir. Bir çox erməni siyasətçilər məhz buna görə də Paşinyanı hətta qınadı da və bəyan etdilər ki, erməni baş nazir bütün Ermənistanı, erməni xalqını rüsvay edib. Belə bir durumda olan dövlətlə əlaqələrin qurulmasına Rusiya, yaxud Vladimir Putin nəyə görə maraqlı olmalıdır? Hansı mənfəttdən söhbət gedə bilər və ümumiyyətlə Nikol Paşinyan rəhbərlik etdiyi belə bir acınacaqlı ölkədə Vladimir Putinə nə kimi təkliflər edə bilər ki, ikitərəfli görüşlərdə də bu müzakirə olunsun? Rusiya prezidenti bilmirmi ki, erməni baş nazir yalnız ondan, Rusiyadan yenə nə isə qoparmaq niyyəti ilə belə bir təklif edir? Bu halda, o niyə razılaşmalıdır ikitərəfli görüşə?
Digər tərəfdən, Rusiyanı bölgədəki siyasi vəziyyət maraqlandıra bilər. Qafqazda vəziyyətə nəzarət etmək üçün Qərbin də Rusiyanın da marağı, hətta soyuq müharibələri təkzibedilməzdir. Bəllidir ki, Nikol Paşinyanı bölgədə dəstəkləyən Qərbin elə məqsədi də bu olub. Rusiyanın da bu regiondan imtina edəcəyi inandırıcı deyil. Rusiya bu bölgıdın heç zaman imtina etmədiyi kimi bundan sonra da imtina edə bilməz. Amma bölgədə nəzarət etmək üçün artıq Ermənistan Rusiya üçün maraq dairəsində ola bilməz. Çünki, Ermənistan gah Qərbə, gah da Rusiyaya üz çevirən siyasəti ilə etibarı itirib. Xüsusilə qeyd etmək lazımdır ki, bu etibarın itirilməsində Paşinyanın da rolu az olmayıb və daha dəqiq desək onun rolu daha çox olub. Hər bir halda Ermənistana siyasi maraqlar da yox dərəcəsindədir. Çünki, bölgədə daha qüdrətli, daha qüvvətli, daha potensiallı, inkişaf etmiş Azərbaycan kimi bir güclü dövlətlə əməkdaşlıq etmək kimi Rusiyanın seçimi var. Rusiya bu seçim imkanları daxilində əgər, siyasi baxımdan da Ermənistana qarşı maraqlı deyilsə, deməli, yenə də Ermənistana rədd cavabı verməkdə haqlıdır.
Nikol Paşinyana gəldikdə isə, onun vaxtaşırı öz mövqeyini dəyişməsinin fonunda Rusiya kimi stabil dövlət və bu dövlətin prezidentinin münasibəti başqa cür ola bilməzdi. Vladimir Putin yaxşı bilir ki, Qərb siyasətinə alət olan paşinyanın siyasi karyerası çoxdan bitib və o artıq söz sahibi deyil, bir diktatordur. Onun repressiyalar, təqiblər, polisin, güc strukturlarının hesabına öz hakimiyyətini qoruduğu da Rusiya prezidentinə bəllidir. Ermənistanda bu inqlabçının dövrünün bitdiyini, əhali arasında narazılıqların artdığını, onun nüfuzunun tamamilə yoxa endiyinin fonunda, artıq söz sahibi olmadığı halda niyə Vladimir Putin Nikol Paşinyanın təklifini qəbul etməli, onunla görüşməyə maraqlı olmalı idi? Bir sözlə, Rusiya kimi böyük, qüdrətli bir ölkənin prezidenti bu gəlişində görüşdən imtina etməklə, Nikol Paşinyanı da, onun təklifini də rədd edib ki, bunu bütün dünya ictimaiyyəti çox yaxşı görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB