YAP Qusar rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib

YAP Qusar rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib

Hər il oktyabrın 1-i dünyada, o cümlədən, ölkəmizdə Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixdə respublikanın şəhər və rayonlarında yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək, onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edilir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, biri-birindən əhəmiyyətli sosial layihələri ilə diqqət çəkən Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları da bu mühüm tədbirlərdə xüsusi fəallıq nümayiş etdirirlər. Fəaliyyətini xeyirxahlıq və humanizm prinispləri əsasında formalaşdıran YAP Beynəlxalq Ahıllar Gününü müdrikliyə və yaşlı nəslə hörmət kimi qeyd edir. Ahıllar günü münasibəti ilə YAP-ın rayon təşkilatları ərazilərində yaşayan ahıllara hədiyyələr apararaq, onları ziyarət ediblər.Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı rayonda yaşayan aztəminatlı ahıl ailələrə baş çəkərək, onlara bayram sovqatları və ərzaq bağlamaları təqdim ediblər. Rayon təşkilatının fəalları ahılların səhhəti, həyat tərzi və ehtiyacları ilə maraqlanıblar.Ahıllar da, öz növbəsində, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlıq hisslərini ifadə ediblər. Bildirilib ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə