Azərbaycan daxili işlər nazirinin əmri ilə 6 yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad edilib, 3 nəfər isə sistemdən xaric edilib
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin üç əməkdaşı korrupsiya faktı ilə əlaqədar daxili işlər orqanlarından xaric edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub.
Habelə xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş altı Yol Patrul Xidməti əməkdaşı tutduqları vəzifədən azad ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB