Məhkəmə sistemi Ermənistanda məhv edilib

Məhkəmə sistemi Ermənistanda məhv edilib

İnqilabdan sonra, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda məhkəmə sistemi tamamilə dağıdılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Qaqik Xaçatryanın vəkili Erem Sarkisyan deyib.
Məlumata görə, Erem Sarkisyan Ermənistanda məhkəmə sisteminin məhv edildiyini bəyan edib.
“İnqilabdan sonra bir müddət məhkəmələrin müəyyən müstəqillik qazandığı zaman tərəqqi olacağı zənn edilirdi. Ancaq indi bu sistemin tamamilə məhv edildiyini bildirməliyik. Bunlar sadəcə sözlər deyil, çünki bu sistemlə qarşılaşan hər kəs, yeganə ümidin müstəqil qərar verə bilən apellyasiya məhkəməsi olduğunu söyləyəcəkdir. Bu günə qədər müstəqil qərarlar qəbul edən Ruben Mxitaryan ona edilən təzyiqləri demək olar ki, dəf edə bilməyib", deyə vəkil bildirib.
Vəkilin fikrincə, Qaqik Xaçatryana qarşı irəli sürülən cinayət barədə sənəd yoxdur və elə yalnız bu fakt məhkəmənin onu həbsdən azad etməsi üçün əsasdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə