Günü-gündən Ermənistan böyük bir fəlakətə və böyük bir faciəyə yaxınlaşır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Qrant Məlik-Şahnazaryan deyib.
Məlumatda qeyd olunur ki, politoloq Qrant Melik-Şahnazaryan özünün Facebook səhifəsində etdiyi paylaşımında Ermənistanın hal-hazırda hansı acınacaqlı durumda olduğundan, faciə və fəlakətlə qarşılaşdığından bəhs edib.
"Ən azı bir məsələdə, Nikol Paşinyan və komanda yoldaşları səmimi etiraf edirlər. Artıq həm dövlət qurumlarının mövcudluğunu, həm də dövlətin öz ideyasını rədd etdiklərini gizlətmirlər. Əvvəllər bir müxalifət və ya qondarma “vətəndaş cəmiyyətinin nümayəndəsi” olanda dövlət hakimiyyətini tənqid edən faktları gizlədə bilirdilər. Amma indi bu qədər narazılıqların, narazı partiyaların fikir ayrılıqlarının fonunda faktları gizlətmək mümkünsüzdür.
İndi ermənilər Qrayr Tovmasyanın övladlarının həbs olunmasına niyə təəccüblənməlidir? Paşinyanın komandasının hüquq sahəsində müxalifətlə mübarizə etməyəcəyi aydın deyilmi? Qanunun özü dövlətin qorunmasında vacib amildir. Bir dövləti onlar qanunla necə məhv edə bilərlər?
Nə hadisələr baş verdiyi anlaşılandırmı? Belə barrikadalar Ermənistanda heç vaxt qurulmayıb. Belə xəndəklər heç vaxt qazılmayıb ... Ermənistan günü-gündən böyük bir fəlakətə və böyük bir faciəyə yaxınlaşır.
Bəs o zaman nə etmək tələb olunur? Hər şeydən əvvəl, ermənilər həqiqətin gözünün içinə düz baxmalı, hadisələrə real yanaşmalıdır. Təsadüf iki dəfə, yaxud bir-birinin ardınca bir neçə dəfə deyil, bir dəfə olduğunu anlamalıdır. İctimaiyyət özünü aldatmamalıdır. Bu təsadüf yox, əvvəlcədən hazırlanmış proqramdır ki, Ermənistanı fəlakət və faciə qarşısında qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB