"Prezidentin qərarları insanların firavanlığını təmin edir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifah firavan yaşamasıdır: "Bu gün Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla ölkənin sosial-iqtisadi inkişafının davamlılığını, regionlarda abadlıq quruculuq işlərinin aparılmasına şərait yarandı.
Prezidentimiz hər bir vətəndaşının yanındadır. Regionların sosial-iqtisadi inkişaf proqramı 2004-cü ildən başlayaraq həyata keçirildi. Bunun nəticəsində regionlarımız xeyli inkişaf edib. Şəhər və kəndlərimiz abadlaşıb, müasirləşib, insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni iş yerləri yaradılır. Yol infrastrukturları yaradıldı, ölkənin qazlaşdırılması başa çatmaq üzrədir.
İnsanları narahat edən problemləri aradan qaldırmaq üçün ardıcıl iş aparılır. Bir sözlə ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir. Bunun nəticəsində ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə çevrilib. Dünya gündəmində olan bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB