Ermənistanın baş naziri Nikol Paşinyan Los Ancelesdəki görüşünü özü belə uğursuz hesab edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, baş nazir Nikol Paşinyan Los Ancelesdəki icma ilə görüşünü uğursuz hesab edir. Yazıda həmçinin qeyd olunur ki, erməni baş nazir bu görüşdə 30-35 min insanın iştirak edəcəyini planlaşdırırdısa da o bunun şahidi olmayıb və çox az adamın, az sayda erməni əsillilərin tolpaşdığına görə uğursuzluğunu özü də çox yaxşı dərk edir. ABŞ mediasında yer alan informasiyalara istinadən məlumat verilir ki, görüşdə cəmi 10 min adam iştirak edib. Konqresmenlərin iştirakı məsələsində daha utancverici bir vəziyyətin yarandığı da məlumatda öz əksini tapıb. Qeyd edilir ki, 53 konqresmen və senator dəvət edilməsinə baxmayaraq, ancaq tədbirdə yalnız bir konqresmen iştirak edib ki, iştirak edən həmin konqresmen Adam Şiff də Trampın ən qatı düşmənlərindən hesab olunur.
Qəzetin yazdığına görə, şəfərinin nəticələrindən narazı qalması səbəbindən Nikol Paşinyan tərəfindən Ermənistanın ABŞ-dakı səfirinin və Los-Ancelesdəki konsulun öz vəzifələrindən uzaqlaşdırılacağı barədə şayələrə də cəmiyyətdə rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB