Fevralın 23-də Ukrayna XİN-də bu ölkənin xarici işlər naziri Konstantin Qrişşenko ilə Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov arasında danışıqlar olub. SİA-nın xəbərinə görə, tərəflər Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 2010-cu ilin oktyabrında Kiyevdə keçirilmiş II iclasının yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşdırılması kontekstində geniş əhatəli Azərbaycan-Ukrayna əməkdaşlığı məsələlərini müzakirə ediblər.
Neftin tranziti və maye qaz təchizatı ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəticəsində energetika sahəsində dinamik inkişafa şərait yarandığı, əmtəə dövriyyəsi həcminin sürətlə yenilənməsi və bundan sonra da genişlənməsi, ötən il iki ölkə arasında əmtəə dövriyyəsinin 2009-cu illə müqayisədə iki dəfə artaraq 1,4 milyard dolları ötdüyü qeyd olunub.
Bundan əlavə, "Vikinq" Azərbaycanın kombinasiya edilmiş daşınmalar marşrutuna qoşulması perspektivləri nəzərə alınmaqla, nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə qarşılıqlı maraq təsdiq edilib.
Azərbaycanın və Ukraynanın xarici siyasət idarələrinin başçıları beynəlxalq və regional əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycan vətəndaşlarının Liviyadan çıxarılmasına göstərdiyi köməyə görə Ukrayna tərəfinə minnətdarlığını bildirib. Azərbaycan xarici siyasət idarəsinin səfər proqramında Ukraynanın ali rəhbərliyi ilə görüşlər, GUAM ölkələrinin xarici işlər nazirlərinin müşavirəsində iştirak da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB