Zahid Oruc: “Xocalı soyqırımı ilə bağlı qanun layihəsi qəbul olunmalıdır”
"Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı faciəsidir". Bu sözləri millət vəkili Zahid Oruc SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, faciəyə hüquqi-siyasi qiymət veriləndən sonra onun beynəlxalq aləmə çıxarılması yollarını axtarsaq da yalnız son illər bunu sistemli bir dövlət kursuna çevirmək mümkün olub. Onun sözlərinə görə, biz ermənilərdən fərqli bir mübarizə aparmaqdayıq. O vurğulayıb ki, gerçək baş vermiş bir hadisənin, xüsusilə də Dağlıq Qarabağ proseslərinin zəmnində reallaşması imkan verir ki, Azərbaycan beynəlxalq tribunalarda xalqa qarşı hansı divanların tutulduğunu göstərə bilsin: "Nə yazıq ki, biz bunu özündə ən qabarıq nümayiş etdirə bilən Xocalı faciəsinə məruz qalmış bir millətik. Yaralarla öyünülməz, qanlı faciələri beynəlxalq tribunalarda irəli verib onun üzərində özünü təqdim etməzlər. Bu, fəxarət doğuran bir hadisə deyil. Amma bu da gerçəkdir. Ona görə mən düşünürəm ki, dövlət tərəfindən bu məsələnin hüquqi müstəvidə hərəkəti üçün bütün lazımı işlər görülməkdədir. Beynəlxalq reaksiyalar ancaq İslam Konfransı Təşkilatında olub. Yerdə qalan bütün beynəlxalq parlament qurumlarından çox sadə və dəqiq səbəbə görə faciə ilə bağlı istədiklərimizi ala bilməmişik. Bu ondan ibarətdir ki, Xocalı faciəsinə hüquqi qiymət vermək Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləmək deməkdir. Ən əsas amil budur. Ona görə də düşünürəm ki, bunun uzunmüddətli bir yol olduğunu göz önünə almalıyıq".
Z.Oruc həmçinin bildirib ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan cəmiyyətində olan hissləri, düşüncələri, tarixi baş verən hadisələri daim ictimai düşüncədə, təhsildə saxlamaq üçün bir sıra başqa işlər görülməlidir. Onun fikrincə, Xocalı soyqırımı ilə bağlı qanun layihəsi qəbul olunmalıdır.
"Mən sənədi hazırlayıb 2008-ci ildə parlamentə təqdim etmişəm. Çox arzulayıram ki, bunu bir sənəd kimi qəbul edək. Ona görə ki, Xocalı faciəsini nə vaxtsa tanımayanlar da olacaq. Buna bir hüquqi məsuliyyət olmalıdır. O cümlədən beynəlxalq qurumlarla işlələrimizdə də bu amilə yer verə bilərik. Xüsusilə də düşünürəm ki, neft müqavilələrində Azərbaycanın faciələrini siyasi şərt kimi önə sürmək lazımdır. Buna iqtisadi sistemdə yer verməklə tanınmaq imkanlarını artırmaq lazımdır. Əks halda kənarda qala bilər. Ona görə də hesab edirəm ki, faciənin beynəlxalq aləmdə tanınması istiqamətində addımlarımız hələ çox olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB