Cümşüd Nuriyev: “ABŞ dövlət katibinin müavinlərinin regiona səfəri Ermənistanın oyunun qaydalarına əməl etməsi üçün atılan bir gedişdir”

Cümşüd Nuriyev: “ABŞ dövlət katibinin müavinlərinin regiona səfəri Ermənistanın oyunun qaydalarına əməl etməsi üçün atılan bir gedişdir”

"ABŞ Dağlıq Qarabağ probleminin həllinin tərəfdarıdır və birmənalı şəkildə rəsmi İrəvanın üzərinə yeriyir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, ABŞ dövlət katibinin iki müavininin prezidentlərin Soçi görüşü ərəfəsində regiona səfər etməsi bunu deməyə əsas verir. Lakin Rusiyanın Qafqazı paylaşmaq niyyətində olmadığını deyən politoloq qeyd edib ki, ABŞ-ın Qafqaza daxil olması rəsmi Moskvanın geostrateji mövqeyinə ziddir. Poltiloq deyir ki, bütün bunların fonunda Rusiyanın son zamanlar xarici siyasətində daha doğrusu, Cənubi Qafqazda yerləşən ölkələrə, xüsusən də Ermənistana baxışı dəyişib: "Bu günə kimi ermənilər oyunu elə aparırdılar ki, nə ABŞ, nə də Rusiyanı özündən narazı salmasınlar. Amma artıq Rusiya Ermənistanın iküzlü siyasətini gördüyünə görə, bir növ bu məsələni özü həll etmək istəyir. ABŞ dövlət katibinin iki müavininin regiona səfəri Ermənistanın oyunun qaydalarına əməl etməsi üçün atılan bir gedişdir. Bu Ermənistanın son çıxış yoludur. Hər iki variantda istər Rusiya bunu həll etsin, istər ABŞ, Azərbaycan tərəfi qalib hesab olunacaq".

 

Politoloq eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Rusiyanın Soçi şəhərində üçtərəfli görüşündə əldə oluna biləcək nailiyyətlərə də toxunub: "Görüş zamanı "Çərçivə" sazişinin ilkin variantının imzalanmasını gözləmək olar. Bundan artıq mən heç bir şey gözləmirəm. Çünki Rusiya və ABŞ bu işdə maraqlı olduğuna görə yenə Dağlıq Qarabağ məsələsini uzatmağa çalışacaqlar. Mən inanmıram ki, cari ilin ilk görüşündə münaqişənin həllinə razılıq versin".

Bütün xəbərlər Facebook səhifəmizdə