Asim Mollazadə: “Prezidentlərin növbəti üçtərəfli görüşü Ermənistanın qeyri-konstruktivliyinə görə uğursuz olacaq”

Asim Mollazadə: “Prezidentlərin növbəti üçtərəfli görüşü Ermənistanın qeyri-konstruktivliyinə görə uğursuz olacaq”

Yaxın Şərq ölkələrində nümayişlərin baş verməsində yeganə amil hakimiyyətdə olan şəxslərin xalqın səsinə və onun problemlərinə laqeyd yanaşmasıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, eyni zamanda nümayişlərin başlanmasında müvafiq qüvvələrin maraqları da var. Nümayişlər daxilə hesablanan addımlar kimi dəyərləndirilsə də, bu xüsusən xarici qüvvələrin maraqlarına xidmət edir. Millət vəkili hesab edir ki, bütün tərəfləri razı salacaq nümayişlər gələcəkdə hakim strukturda əyləşən şəxslərin daha məsuliyyətli olmağa sövq edəcək: "Yaxın Şərq dövlətlərində baş verən bu hərəkat indiki və gələcəkdə hakimiyyətdə olanları daha məsuliyyətli olmağa vadar edəcək. Məhz hakimiyyətin məsuliyyəti hər bir ölkənin inkişafına və sabitliyinə xidmət edən çox mühüm bir amildir".

 

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Rusiyanın Soçi şəhərində üçtərəfli görüşünə gəlincə, A. Mollazadə: "Düşünürəm ki, növbəti dəfə Ermənistan Rusiyanın nüfuzuna zərbə yetirəcək. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir addım atmaq istəmir. Rusiyanın təşəbbüsü ilə keçirilən görüş uğursuz olacaq. Deməli Rusiya öz imkanlarından, təsir mexanizmlərindən Ermənistana qarşı istifadə etməlidir. Əks halda Rusiyanın səmimiyyətinə inam itəcək", deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə