"AXCP sədri Əli Kərimlinin son davranışları və onun həqiqətləri təkzib edən ənənəvi mövqeyi getdikcə daha da kəskinləşməkdədir. Bu da Əli Kərimlinin keçirdiyi psixoloji gərginliyin təsiri altında baş verir. Çünki hakimiyyət iddiası və onu həyata keçirmək imkanları arasındakı məsafə həddən artıq böyükdür. Bu məsafənin getdikcə daha da genişlənməsi Əli Kərimlini məyus edir, psixoloji sarsıntı keçirir". Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, AXCP sədri psixoloji sarsıntı altında da bu cür utopik mövqelər ortaya qoyur: "Eyni zamanda tarixi həqiqətləri saxtalaşdırmaq uğrunda növbəti adddımlar atır. Bunu Azərbaycan torpaqlarının işğal edilməsi faktına Əli Kərimlinin münasxibətində də aydın görürük. Əli Kərimli bir illik hakimiyyətləri dövründə yol verdikləri səhvləri araşdırmaq, bundan dərs almaq, nəticə çıxarmaq əvəzinə, yenə də lupa altında hadisələri bir daha saf-çürük etmək, həqiqətlə daban-dabana zidd olan yalan, iftira dolu məlumatlar yaymağa başlayıb. Xüsusilə, onun Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı fikirlərinin heç bir əsası yoxdur. Hər kəsə bəllidir ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər hazırda işğal altında olan ərazilərimizin böyük bir qismi ermənilər tərəfindən işğala məruz qalmışdı. Düzdür, Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıtdı. Lakin prezident seçkiləri həmin ilin oktyabr ayında olmalı idi. Həmin seçkilərə qədər də ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi və Xalq Cəbhəsi-Müsavat cütlüyü xalqın onlara olan etimadsızlığını görsə də, lakin hakimiyyəti təhfil vermnək istəmirdi. Digər tərəfdən isə Sürət Hüseynovun rəhbərlik etdiyi qeyri-qanuni hərbi birləşmələr cəbhə bölgəsini tərk edərək Bakı istiqamətinə gəlmişdi. Yəni, ölkədə tamamilə xaos, anarxiya vəziyyəti hökm sürürdü. Əli Kərimlinin tariximizi yenidən yazmaq niyyəti mənasız bir şeydir. Xalq hər şeyi görür, hər şeyi bilir. Xalqın gözü tərəzidir. Ona görə də hesab edirəm ki, Əli Kərimli yaxın tariximizi təhrif olunmuş şəkildə yenidən yazmağa cəhd göstərməkdənsə, həmin tarixdə yol verdikləri səhvləri araşdırıb nəticə çıxarsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB