Paşinyandan komandasına sərt reaksiya

Paşinyandan komandasına sərt reaksiya

Nikol Pashinyan komandasının üzvlərini məzəmmət edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.
Yazıda qeyd olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan komandasının üzvləri ilə görüşü zamanı onları "Partiyalar haqqında" qanuna düzəlişlər hazırlamağa çağırıb. Nəşrin yazdığına görə, Nikol Paşinyan bu dəyişiklikləri çoxdan həyata keçirmək istədiyini hakimiyyətə xatırladıb. Hətta xüsusilə vurğulayıb ki, amma hakimiyyətin yuxarı dairələrində bu istiqamətdə heç bir addım atmayıb və tərəddüd edililb.
Bundan əlavə, nəşr yazır ki, Nikol Paşinyan vacib hesab etdiyi belə bir hadisəni görməməzliyə vurduğu üçün komandasının üzvlərini məzəmmət edib. Əldə olunan məlumata görə, bir gün əvvəl "Mənim addımım" partiyasının qapalı iclasında islahatlar üçün hansı dəyişikliklərin edilməli olması məsələsi kifayət qədər uzun müddət müzakirə edilmişdi. Ən başlıca vəzifə isə, əlbəttə ki, reytinq sisteminin ləğvi olaraq qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə