Müsavat AXCP-ni, AXCP də Müsavatı satqın və xəyanətkar adlandırıdı
Son günlər sosial bazası sıfır olan, artıq 2003-cü ildən arxivin küncünə atılan dağıdıcı müxalifət bir-birilərini ittiham edərək satqın və xəyanətkar adlandırır. Bu nə birinci, nə də sonuncu haldır. Bu dəfə isə, "Milli Şura"nın Müsavat partiyası ilə birgə təşkil etmək istədikləri mitinqin baş tutmaması və bu gün yenidən sözügedən məsələnin bir daha çözülməsi idi. Bir də neyləsinlər? İş- güc yox. Dövlətə qarşı böhtanlar demək üçün mitinq keçirməyi ən yaxşı çıxış yolu hesab edən radikallar yenə həyasızcasına mitinq deyib- dururlar. Ən maraqlısı isə odur ki, 25 ilə yaxındır ki, keçirdikləri mitinqləri uğursuz və biabırçılıqla bitsə də abırsızcasına əttökən çıxışlarını sosial şəbəkələrdə paylaşaraq, özlərini hansısa xarici qüvvələrə göstərməlidirlər, ya yox. Elə götürək «Milli Şura»-nın ikiüzlülük simvolu Gültəkin Hacıbəylini. G.Hacıbəyli hansısa 5-10 nəfərin yığışdığı bir topluda çıxışının videogörüntüsünü paylaşaraq yazır ki, guya, mitinq, beləcə, "möhtəşəm" alınıb.
Nankorluq onun xislətindədir
"Milli Şura"nın "primadonnası" G.Hacıbıylidən başqa bir şey gözləmək də olmaz. Çünki G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxır. Təəccübli də deyil. Çünki bu, o, G.Hacıbəylidir ki, hər sifətdə ola bilir. G.Hacıbəylinin xisləti nankorluq və satqınçılıq olub. G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Əlac qışqırmağa qalıb. Neyləməlidir? Qışqırmalıdır...Yazıq o boğaza- nə qədər qışqırmaq və böhtan atmaq olar? Ancaq nə faydası?! Çünki bu siyasətbazlar, əslində, müxalifliyi bir əqidə kimi görmürlər, xaricdəki Azərbaycan əleyhdarlarının, bəzi siyasi dairələrin şirnikləndirici təkliflərindən və maliyyələrindən yararlanmaq vasitəsi kimi görürlər. Kiçik bir xatırlatma edim ki, buna misal olaraq ölkəyə qrant və yardım gəlməsinə nəzarət güclənəndən sonra əli-qolu yanına düşən Əli Kərimli öz müavini Gözəl Bayramlını Gürcüstana göndərə-göndərə saldı tora.
ALP-nin fəxri lideri Lalə Şövkətin AXCP sədri Əli Kərimli haqqında dediyi sözləri xatırlatmaq istərdim: "Əli Kərimli kimilər heç vaxt kişi olmayıb. Əsl kişi satılıb-satmaz".
Pərçimlənmişlər "bir" olmaq istədilər, amma...
AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın "lideri" C.Həsənli, Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif Hacılı və onlara pərçimlənmiş bəzi qüvvələr "bir" olmaq istədilər, amma elə parçalandılar ki...Belə də olmalı idi. Çünki siyasi savadı olmayan satqınların ümidlərinə qalanda... Çünki bu işdə xaricdə yaşayan və satılmış qüvvələrin də rolu az deyil. Sosial şəbəkələrdə "demokrat" maskası altında ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasına rəvac verənlər və xüsusilə də, Ə.Kərimli unudur ki, bu xalq heç vaxt səviyyəsiz, siyasət adına ləkə olan fəaliyyəti və ən əsası xəyanəti, satqınlığı bağışlamır!
Ə.Kərimlinin məqsədi, mənəviyyatı, məsləki, əqidəsi pul, yenə də puldur. Son zamanlar Ə.Kərimlinin yetirmələri Avropanın müxtəlif ölkələrində yaşayan, adını azərbaycanlı qoyan bəzi savadsız, cahil, milli mənlik şüurundan məhrum Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli və b. kimi şəxslərin hərəkətləri heç bir etik normaya sığmır. Tam çılpaqlığı ilə görünür ki, onların əsl məqsədi beş-üç qəpik tulapayının müqabilində, xidmət etdikləri anti-Azərbaycan dairələrin əmr və sifarişlərini yerinə yetirmək üçün yaranmış şəraitdən maksimum dərəcədə yararlanaraq, ağalarının təşəkkürünü və maliyyənin miqdarını artırmaqdır.
Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidələrini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən Gültəkin Hacıbəyli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Leyla Yunus və Avropada eşələnənlərin hərəkətlərinin bir adı var - NANKORLUQ! Və mitinq keçirməkdə də məqsəd pula nail olmaqdır.
Arif Hacılı: "Əli Kərimli bu dəfə də satqınçılıq statusunu bir daha təsdiqlədi"
Müsavat başqanı Arif Hacılı bu günlərdə yenə də sosial şəbəkədə bildirir ki, bütün baş verənlərin səbəbkarı satqın Cəmil Həsənlini tənqid edərək, "demokratik düşərgənin maraqlarına xəyanətkarlıqda suçlayıb. C.Həsənlini "ələkçinin qıl verəni" adlandıraraq, söyləyib ki, Ə.Kərimliyə agentlik etməkdənsə, gedib qoca vaxtında "kitabını" yazsın: "Ə.Kərimli müxalifətin "birliyndən", "birgə mitinq" keçirməkdən "ağızdolusu danışır, ancaq əməldə isə altdaq-altdan satqınçılıq edir və əyri yol gedir. "Əli bəy!" qışqırtısını sosial şəbəkələrdə vizual şəkildə izhar edən fanatlar israrla buyururlar ki, bəs Müsavat, sadəcə, yürüş keçirmək istəyir, biz isə mitinq. Yürüşlə mitinq fərqli işlərdi və kimsə kimsəyə xəyanət etməyib, qəsdimiz də olmayıb. Bu, nə oyundur? Əli Kərimli, həmişə olduğu kimi, bu dəfə də satqınçılıq statusunu bir daha təsdiqlədi".
Müsavat başqanı onu deyib ki, cəmiyyətə Ə.Kərimli kimi xəyanətkar çirkabına bulaşan hegemon müxalifətçi lazım deyil. Çünki Əli Kərimlinin şüuru zəhərlənib artıq".
Bax, budur reallıq. Bunu biz demirik. Bunu Müsavat başqanı deyir. Necə deyərlər, "kor-kora kor deməsə, bağrı çvtlar".
Bu, azmış kimi, Cəmil Həsənli də odun üstünə benzini elə tökür ki, tüstüsü ərşə çıxır. C.Həsənli «Facebook» səhifəsində belə bir elan paylaşıb: "Dostlar! "Milli Şura" bu gün keçirilən toplantısında sizlərin çoxsaylı müraciətlərinizi nəzərə alaraq mitinq qərarı verdi".
Əslində, C.Həsənli belə də yazmalıydı. Çünki şüuru və təfəkkürü bunu "istehsal" etməyə qadirdir. Onlar artıq siyasətçi yox, cılız şoumenlər təki davranırlar.
Hafiz Hacıyev: "Əli Kərimlinin oturmadığı qucaq və oturtmadığı adam qalmayıb"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimli barədə xəyanətkarlıq faktlarının sayı-hesabı olmadığını bildirərək, vurğulayıb ki, bu əxlaqsız gəda əsl siyasi fahişədir: "Hətta iddia edirəm və sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzməklə məşğuldur. Hər zaman demişəm, Əli Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz".
H.Hacıyev Ə.Kərimlinin daim siyasi fahişəliklə məşğul olduğunu deyib və bildirib ki, o, kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni bu fərdlərə siyasətdə siyasi fahişə və siyasi pozğun deyirlər. Ümumiyyətlə, Əli Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır".
Göründüyü kimi, AXCP və Müsavatın birgə mitinq keçirmək istəyi hələ çox düyünlərin açılmasına səbəb olacaq. Görünür, AXCP-Müsavtın mitinq ağrısı hələ çox davam edəcək.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB