Paşinyana xatırlatma

Ermənistan-Amerika Ticarət Palatası Paşinyanın Amulsarla bağlı dediklərini ona xatırladıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistandakı Amerika Ticarət Palatası, Amulsar yatağını inkişaf etdirən və Palatanın üzvü olan Lidian Armenia şirkəti ətrafında baş verən hadisələrlə əlaqədar bir bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Palata 2000-ci ildə qurulmuş və hazırda Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sektorlarında təmsil olunan, 140 yerli və ya xarici şirkət tərəfindən təmsil olunan inkişaf etmiş bir iş birliyidir. Həmçinin bəyanatda o da deyilir ki, Ermənistanda daxili və xarici sərmayələri təşviq etmək və əlverişli biznes mühitinin formalaşdırılması Palatanın missiyasıdır. Sərmayələrə ədalətli və qanuni münasibət yalnız investisiya şirkətləri üçün deyil, həm də Ermənistan iqtisadiyyatının inkişafı və xalqın rifahı üçün son dərəcə vacibdir. Məhz bu əsasda Palata 13 ay ərzində Amulsarla bağlı ikinci bir açıqlama verməyə məcbur olub.
Bəyanat müəllifləri Lidiana qarşı kampaniyanın biznes maraqlarını həyata keçirən xüsusi tərəflər tərəfindən maliyyələşdirildiyini söyləyən Paşinyanın özünün dediklərini də xatırladırlar və qeyd olunur ki, bu cür iddiaların araşdırılacağına ümid edirlər.
Bəyanatda o da vurğulanır ki, Palata, Amulsar ətrafındakı sağlam olmayan vəziyyətin mənfi təsirindən də narahatdır. Bunlar Ermənistanın investisiya cəlbediciliyini azaldacaq potensial investorlara şübhəsiz mənfi mesajlardır.
Palata xəbərdarlıq edir ki, Amulsar layihəsinin daha da gecikməsi prosesi daha da ağırlaşdıracaq və işgüzar mühitə təsir göstərərək son nəticədə Ermənistanın investisiya cəlbediciliyini ləğv edəcək uzunmüddətli bir xarakter əldə edə bilər. Məhz buna görə də baş naziri problemi ən qısa müddətdə və ədalətli şəkildə həll etməyə çağırırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə