Paşinyana olan ictimai maraq yox dərəcəsindədir

Paşinyana olan ictimai maraq yox dərəcəsindədir

Paşinyanın Facebook səhifəsinə ictimai maraq görünməmiş dərəcədə azalıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Media Mühafizəçi” təşəbbüsünün ekspertləri baş nazir Nikol Paşinyanın Facebook səhifəsini araşdırıblar və Paşinyanın Facebook səhifəsinə ictimai marağın görünməmiş dərəcədə azaldığını bildiriblər.

Ekspertlərə görə, baş nazirin Facebook səhifəsində bəyənmə, baxış və repostların sayı 90% -dən çox azalıb. Daha dəqiq desək yox dərəcəsinə enib. Ekspertlər dolayı yolla Nikol Paşinyana Facebook-dakı məqsədsiz fəaliyyətini və mənasız aktivliyini azaltmasını tövsiyyə ediblər.

Paşinyanın Facebook səhifəsinə ictimai rəyin tamamilə azalması barədə ekspertlərin yayımladığı məlumatdan dərhal sonra Ermənistanın baş naziri buna reaksiya verərək, aşağı keyfiyyətli təbliğat məhsulu olan, lakin Facebook auditoriyası üçün cəlbedici olan bir video yerləşdirib. Nikol Pashinyanın bu video yerləşdirməsinə saxta istifadəçilərin şərhləri ekspertlərin diqqətini bir daha cəlb edib. Onlar ümumiyyətlə verbal olmayan ünsiyyət vasitələrindən (cmayliklər, bayraqlar, şarlar) istifadə ilə fərqləniblər.

Heç şübhəsiz ki, əslində, Paşinyanın “Media Mühafizəçi” təşəbbüsünün ekspertlərinin təqdim etdiyi həqiqətləri təkzib etməyə çalışaraq, bütün komandasını, saxta bazasını səfərbər etdiyi göz qabağındadır və bunu eksprtlər də vurğulayıblar. Onlar qeyd ediblər ki, hökumətyönlü saxtakarların səfərbərliyi ilə də Nikol Paşinyanın Facebook səhifəsi əvvəlki fəaliyyətinin yalnız 10% -ni təmin edə bilər və bunu görməmək belə mümkün deyil.

Qeyd edək ki, saxta hesablar altında düşünməyi bacaran insanların hakimiyyətə xidmət göstərməklə məşğul olmasının yolverilməz olduğunu diqqətə çatdıran “Media Mühafizəçi” təşəbbüsü, bütün bu insanları intellektual qabiliyyətlərini daha təsirli və vicdanlı hədəflərin xidmətinə qoymaq üçün əməkdaşlığa dəvət edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə