Tünzalə Ağayevanın yeni diski Avropa tamaşaçılarına təqdim olunacaq
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın may ayında işıq üzü görəcək albomu Avropanın bir neçə ölkəsində satışa çıxacağı ehtimal olunur. Tübzalə xanımın SİA-ya verdiyi məlumata görə, hazırda Avropanın bir neçə musiqi şirkəti ilə əməkdaşlıq üçün danışıqlar aparılır: "Payız aylarından başlayaraq, Avropada bir neçə musiqi şirkəti ilə danışıqlar aparırıq. Onlardan biri ilə əməkdaşlıq edəcəyik. Məqsədimiz odur ki, Avropanın bir neçə ölkəsində may ayında çıxacaq albomun satışını təşkil edək".
Qeyd edək ki, albomda xalq mahnıları ilə yanaşı, müəllif mahnıları da yer alacaq. Mahnılardan ikisi ingilis dilində təqdim olunacaq.
Qeyd edək ki, albomda xalq mahnıları ilə yanaşı, müəllif mahnıları da yer alacaq. Mahnılardan ikisi ingilis dilində təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB