Misirdən sonra xalq hərəkatının başladığı ölkələrdən Liviyada iqtidar əleyhdarları başda Binqazi olmaqla bir çox şəhərlərdə aksiyalar keçiriblər.
SİA-nın xəbərinə görə, dünəni "qəzəb günü" elan edən nümayişçilərlə Qəddafi tərəfdarları və polis arasında ciddi qarşıdurmalar olub. Toqquşmalarda ən azı 20 nəfərin öldüyü bildirilir.
Müxalifətin mitinq keçirdiyi gün prezident Müammər Qəddafi də küçəyə çıxıb. Tərəfdarlarının arasında mitinqə qatılan Qəddafi "Misir və Tunisdəki üsyanlar bizə təsir edə bilməz" deyib.
Qəddafi mitinqlərin qarşısını almaq üçün məmurların maaşlarını iki dəfə artırmağı vəd edib və dünən 100-ə qədər müxalifətçini həbsdən azad edib. Beləliklə, nümayişlərin başladığı gündən etibarən azadlığa çıxan siyasi məhbusların sayı 300-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə