"Əli Kərimlinin real həyatdan xəbəri yoxdur" RƏY-ÖZƏL

"Əli Kərimlinin real həyatdan xəbəri yoxdur" RƏY-ÖZƏL

“AXCP sədri Əli Kərimli populizmlə məşğuldur, onun real həyatdan xəbəri yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Əli Kərimlinin bütün fəaliyyəti onun özünə iş tapa bilmədiyini, cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı olmadığını göstərir: “Evdə klaviatura arxasında özü üçün virtual bir situasiya yaradıb elə düşünür ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası ictimai narazılıqdır”.

1993-cü ildən eyni iddiaları səsləndirməkdən yorulmadıqlarını deyən A. Mirzəzadə söyləyib ki, əvvəllər qəzetlər söylədikləri fikirləri indi də sosial şəbəkələrdə bildirirlər.

Deputat qeyd edib ki, Azərbaycanda hakmiyyət öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, insanların sosial problemlərinin həllini təşkil edir, təhlükəsizliyini təmin edir, ölkə kmi nüfuzunun daima artması üçün real işlər görür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə