Yaxın Şərqdə üsyanlar səngimir

Yaxın Şərqdə üsyanlar səngimir

Yaxın Şərqdə üsyanlar davam edir. SİA-nın xəbərinə görə, son günlərin ən qanlı nümayişlərinin yaşandığı Bəhreyndə 5 nəfər dünyasını dəyişib, ordu paytaxtın kilid nöqtələrinə nəzarəti ələ keçirib. İqtisadi problemlərə və məzhəb ayrı-seçkiliyinə etiraz və azadlıq tələbi ilə meydanlara çıxan xalqa polis gözyaşardıcı qaz və plastik güllələrlə müdaxilə edib. Bəhreynin paytaxtında komendant saatı elan edilib. Hökumət körfəz ölkələri xarici işlər nazirlərini ölkədəki vəziyyəti müzakirə etmək üçün paytaxt Manamaya dəvət edib. Qeyd edək ki, xalqın 70 faizini şiələrin təşkil etdiyi Bəhreyndə 20 ildir iqtidarı sünni xanədanı əlində saxlayır.

Yəmən və Liviyada dünən də aksiyalar davam edir.

Liviyada "qəzəb günü" elan edən minlərlə nümayişçi küçələrə çıxıb. Binqazi və Beyda şəhərlərində dünən aksiyalar keçirilib. Beydada 4 nəfər ölüb, polisin açdığı atəş nəticəsində bir uşaq da sinəsindən yaralanıb.

Yəməndə isə minlərlə nümayişçi polis və iqtidar tərəfdarları tərəfindən döyülüb. ədən də daxil olmaqla çox sayda şəhərdən toqquşma xəbərləri gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə