Ermənistanda bir sıra ərzaq məhsullarının qiymətində növbəti artım olacaq. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu ilk növbədə yağ, ət və şəkərin qiymətində özünü biruzə verəcək. Parlamentin deputatı Samvel Aleksanyandr isə bahalaşmanın qaçılmaz olduğunu bildirib.
Oliqarx ət, yağ və şəkərin qiymətinin artırılmasına səbəb kimi dünyada gedən bahalaşmanı göstərib.
Qeyd edək ki, dünyada bir milyarddan çox insan aclıq içərisindədir. Bu barədə Latın Amerikası ölkələri üçün Ərzaq təhlükəsizliyi komitəsinin iclasında çıxış edən BMT Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) baş direktoru Jak Diuf bəyan edib. Onun sözlərinə görə, hazırda dünyada bir milyard 17 milyon ac insan var, onlardan 642 milyonu Asiyada, 265 milyonu Afrikada, 42 milyonu Latın Amerikası və Karib hövzəsi ölkələrində, həmçinin 15 milyonu inkişaf etmiş ölkələrdə yaşayır.
FAO baş direktorunun fikrincə, aclıq keçirənlərin sayı ildən-ilə artdığı üçün vəziyyət getdikcə pisləşir: "Ancaq keçən il ərzində qidalanmaq imkanını itirmiş insanların sayı 105 milyon artıb. Beləliklə, Yer kürəsinin hər altıncı sakini acdır. Dünyada ən çox aclıq keçirənlər Konqodadırlar – əhalinin 75 faiz. Latın Amerikası ölkələri arasında 58 faiz göstərici ilə Haiti liderdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB