Mübariz Əhmədoğlu: "İran və Rusiyada vəziyyəti gərginləşdirmək də Paşinyanın vəzifələri sırasına daxildir"

"Moskvada keçirilən son mitinq də kütləviliyi və aqressivliyi ilə seçildi. Təxminən, 2 ay öncə milliyyətcə erməni, RT telekompaniyasının rəhbəri Marqarita Simonyan Ermənistanda rusiyalı gənclərin çağırılaraq, mitinqlər təşkil etmək hazırlığını keçdiyini bildirdi. Başqa sözlə, Yerevan Moskvadakı mitinqlərin təşkili üçün təlimatçılar hazırlayıb göndərib". Bunu KİV-ə açıqlamasında politoıoq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Moskvadakı son mitinqlərdə baş verənlər rəngli inqilab texnologiyasının istifadə olunduğunu göstərir. Son modern variant əvvəlcə Ermənistanda, sonra Rusiyaya tətbiq olundu. Bu, Paşinyan və onun ətrafı üçün təkcə maliyyə mənbəyi deyil. Əgər Moskvada mitinqlər effekt verərsə, əlavə siyasi dividendlər də ortalıqda olacaqdır: "20 iyun mitinqindən qabaq, həmin ayın 18-21-də Tbilisidə “Ermənistanda “məxməri inqilab” və onun perspektivliyi” ilə bağlı tədbir təyin olunmuşdu. Daha maraqlısı İranla baş verir. İran və Ermənistan elektrik stansiyalarında eyni vaxtda elektrik cərəyanının qalxıb-enməsi baş verdi. Ermənistanda bu, blekauta səbəb oldu. Görünür, İranın elektrik stansiyalarının kiber müdafiəsi möhkəm olduğu üçün bu ölkədə fəsad yaratmadı. N.Paşinyan dərhal işə müdaxilə etdi. Ermənistanın daxilində heç bir amilin blekauta səbəb olmadığını bildirdi. Dünya praktikasında elektrik stansiyasında baş verən qəzaların səbəbini ən geci 10 gün ərzində tapmaq mümkündür. Ermənistan rəsmiləri, o cümlədən, təhlükəsizlik xidmətinin rəhbəri A.Vanetsyan da bildirdi ki, 10 gün ərzində hər şey ictimaiyyətə açıqlanacaq. Görünür, N.Paşinyanın tapşırığının mahiyyəti ondan ibarət imiş ki, Ermənistandakı blekaut kənardan olan müdaxilənin təsiridir. İran və Ermənistanın elektrik stansiyalarında eyni vaxtda elektrik qalxıb-enməsi baş verdiyini Paşinyan bilir. N.Paşinyan maraqlıdır ki, hazırlanan hesabatda Ermənistandakı blekautun günahkarı kimi İran tərəfi göstərilsin: İran Ermənistanın daxillinə kiberhücum edib. İran kiberhücum etdiyi üçün Ermənistan beynəlxalq aləmə müraciət edir və İrana qarşı lazımi addımlar atılır. Ehtimal ki, İranın mütəxəssisləri güclü olduğu üçün Ermənistanın planını pozublar. Gürcüstan, İran və Rusiya Ermənistanın qonşularıdır, Ermənistan bu 3 qonşusu üçün də alətə çevrilir. Bir neçə il bundan qabaq isə, artıq Ermənistanı Azərbaycanın və Türkiyənin əleyhinə istifadə edirdilər. Ermənilərdən qonşu dövlətlərə qarşı alət kimi istifadə olunması praktikası dayandırılmalıdır. Bu, Ermənistanın qonşularının ən vacib məsələsidir.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə