Pentaqonun Strateji Araşdırmalar Mərkəzinin Qafqaz və Yaxın Şərq üzrə yeni coğrafi xəritəsi bəlli olub. SİA-nın araşdırmasına əsasən xəritədə bir sıra ölkələrin ərazisi köklü dəyişikliklərə məruz qalıb. Xüsusilə də Yaxın Şərq ölkələri yeni xəritədə yeni sərhədlərlə tanınır. Əlbəttə, bu bir plandır. Cənubi Qafqaz ölkələrindən Ermənistanla Gürcüstanın mövcud ərazisi olduğu kimi qalır. Azərbaycan əraziləri isə itkilərlə genişlənir. İş ondadır ki, Strateji Araşdırmalar Mərkəzinin yeni xəritəsində Azərbaycanın Cənub payı böyük itkilərə məruz qalır. Min illər boyu Azərbaycanın mərkəzi şəhərlərindən biri olan Təbriz şəhəri yeni xəritədə Azərbaycanın tərkibinə qatılmayıb. Bu, əlbəttə, Pentaqon araşdırmaçılarının səhvi yox, məqsədli şəkildə ortaya atılmış bir oyunudur. Yəni sonrakı mərhələdə guya yaradılacaq "Azad Kürdüstan"la Azərbaycan arasında yeni münaqişə ocağı yaransın.
"Azad Kürdistan" dövləti isə İranın qərb vilayətləri, İraqın şimalı, Türkiyənin şərq, Suriyanın şimal torpaqları hesabına mövcud olacaq.
Eyni zamanda İraq və Səudiyyə Ərəbistanının torpaqları hesabına üç dövlət yaranacaq. İraq üç yerə - Şiyə İraq, Süni İraq və İraq Kürdüstanına parçalanacaq. Həmçinin Səudiyyə Ərəbistanı torpaqlarının bir hissəsi Yəmən, İordaniya ərazisinə qatılacaq, Məkkə, Ciddə və Mədinə şəhərlərindən ibarət Müqəddəs İslam Dövləti yaranacaq. Qalan hissəsində isə səhralıqdan ibarət Azad Ərəb dövləti yaranacaq. Qalan hissəsi isə qonşu dövlətlər arasında bölünəcək.
İran da köklü dəyişikliklərə məruz qalacaq. İranın şərq torpaqları və Pakistanın qərb əraziləri hesabına isə Əfqanıstan sərhədləri böyüyəcək. Əfqanıstan, Pakistan və İran ərziləri hesabına isə "Azad Bəlucistan" dövləti yaranacaq.
Ümumi vəziyyəti götürsək mövcud olan xəritə real vəziyyəti əks etdirir. Çünki ərəb ölkələrində yaranan nümayişlər nəticəsində siyasi dəyişikliklər yaxın Şərqin coğrafiyasının da dəyişməsinə təsir edə bilər. İraq bütünlüklə tam dəyişməyə hazırdır. Digər ölkələrin ərazisinə müdaxilə etmək üçün artıq ilk addımlar atılmağa başlanılıb. Nümayişlər isə bariz nümunədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB