Paşinyan Xankəndidə etirazla qarşılandı

Paşinyan Xankəndidə etirazla qarşılandı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər tərəfindən etirazla qarşılanıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndidə yaşayan ermənilər sosial vəziyyətlərinin pis olmasından şikayətlənib, onlara verilən vədlərin yerinə yetirilməməsinə görə etiraz aksiyası keçiriblər.

Etirazçılar Paşinyanla görüşmək istəsələr də, Xankəndində onların qarşısına separatçı qurumun rəhbəri Bako Saakyan çıxıb. Bu isə aksiya iştirakçılarını daha çox hiddətləndirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə