ABŞ Konqresinin 89 nəfər ermənipərəst konqresmeni Donald Trampın qondarma “DQR”in minalardan təmizlənməsi üçün ayrılan maliyyəni dayandırmasına qarşı bir araya gəliblər. SİA xəbər verir ki, Amerika erməniləri milli komitəsinin məlumatını news.am saytı yayıb. Adıçəkilən mənbə qeyd edib ki, bir çoxlarının Nümayəndələr palatasını təmsil edən konqres üzvləri digər ermənipərəst demokratlar – Bred Şermanın və Ticey Koksun təşəbbüsünə dəstək veriblər. Belə ki, adıçəkilən şəxslər Konqresdə ABŞ beynəlxalq inkişaf agentliyinin rəhbəri Mark Qrinin “DQR”in minalardan təmizlənməsi proqramı kampaniyasına qoşulublar.
Eyni zamanda, ABŞ-ın Nümayəndələr palatasının üzvləri, ölkə prezidentliyinə namizədliklərini irəli sürmüş Tulsi Qabbard və Tim Rayan da sözügedən kampaniyaya qoşulublar.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu yaxınlarda “DQR”ə maliyyənin ayrılmasının qarşısını alan qərar qəbul edib. Ermənilər həyasızlıqla iddia edirlər ki, guya bu proqram ərazilərin minalardan təmizlənməsi üçün həyata keçirilir. Lakin bir sıra məlumatlara görə, separatçılar ayrılmış maliyyəni tamamilə fərqli istiqamətlərdə xərcləyirlər.
Bu arada ABŞ-ın erməni milli komitəsinin icraçı direktoru Aram Ambaryan həyasızcasına bəyan edib ki, Tramp böyük səhvə yol verib və guya Azərbaycan tərəfinin tələbi qarşısında həmin qərarı verib.
“Prezident Tramp səhv edir”, deyə iddia ilə çıxış edən Ambaryan bununla ABŞ dövlətinin daxili işlərinə müdaxilə etdiyinin fərqinə varmır və unudur ki, artıq bu qərar qəbul olunub və həmin qərarın qəbul olunmasında bilavasitə ABŞ rəhbərliyinin iradəsi dayanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB