Ermənilər yardımın kəsliməsinə görə Türkiyə və Azərbaycanı ittiham edirlər TƏLAŞ!

Ermənilər yardımın kəsliməsinə görə Türkiyə və Azərbaycanı ittiham edirlər TƏLAŞ!

David Babayan: “Öyrənməliyik ki, ABŞ öz geosiyasi baxışını dəyişib, yoxsa bu Türkiyə və Azərbaycanın lobbiçilik fəaliyyətinin nəticəsidir?"

İşğal altındakı Qarabağın separatçıları “Hay Dat” erməni komitəsinin ABŞ administrasiyasının “Artsaxa” (dırnaqlar bizlimdir – R.N.) maliyyə yardımını kəsəcəyi ilə bağlı bəyanatından kəskin narahatlıq keçirməkdədirlər. SİA ermənilərin 1in saytına istinadən xəbər verir ki, adıçəkilən erməni komitəsi həmin qərarın dəyişdirilməsi ilə bağlı səfərbər olunub və s.

“Hay Dat” komitəsi həyəcanlı informasiyanın olduğunu bildirib və qeyd edib ki, ABŞ administrasiyasının “Artsaxa” humanitar və maliyyə yardımları dayandırıla bilər”, deyə qeyd edilən məlumatda qondarma “DQR”in “xarici işlər nazirinin mətbuat katibi” Ani Sarqsayana müraciət olunub. “ABŞ-ın erməni təşkilatları ilə birgə “Artsaxa” humanitar yardımın saxlanılması istiqamətində işlər aparılır”, deyə separatçıların təmsilçisi bildirib.

"Anlaşılmalıdır ki, Vaşinqton bu məsələnin həyata keçirilməsi üçün nə qədər qərarlıdır”

“DQR”in digər separatçı təmsilçisi, “prezident aparatı rəhbərinin müavini” David Babayan isə bir az da həyəcanını gizlədə bilməyərək, bu məsələdə Türkiyə və Azərbaycan lobbisindən şübhələndiyini həyasızcasına bildirib: “Biz, ilk öncə dərindən təsəvvürə varmalıyıq ki, nə baş verir, baş verənlər realdır, yoxsa belə deyil, hansı hədəflər var və səbəbi nədir?”, deyə bldirən D.Babayan sözügedən məsələdə ABŞ-ın geosiyasi baxışını dəyişdiyini də istisna etməyib: “Öyrənməliyik ki, ABŞ öz geosiyasi baxışını dəyişib, yoxsa bu Türkiyə və Azərbaycanın lobbiçilik fəaliyyətinin nəticəsidir? Anlaşılmalıdır ki, Vaşinqton bu məsələnin həyata keçirilməsi üçün nə qədər qərarlıdır”.

Babayan Ermənistan və Qarabağ ermənilərinin diaspora olaraq birləşməli olduqlarını desə də, digər tərəfdən, Azərbaycanın bu yaxınlarda Fransanın bir neçə şəhər və bələdiyyələrinin “DQR”lə əlaqələrini kəsməsi yönündə əldə etdiyi uğurunu da xatırladıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə