ABŞ Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bundan sonra da məşğul olacaq
ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına böyük diqqət ayırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Filipp Krouli Ermənistan prezidenti Serj Sarkisyanın iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində mövcud olan danışıqların ölü olması ilə bağlı verdiyi bəyanatına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Dövlət katibi Hillari Klinton şəxsən özü bu prosesə cəlb olunub: "Biz anladıq ki, irəliləyişə maneələr var. Biz prosesin irəli aparılması və danışıqlarda nailiyyətlərin əldə olunması və nələrin lazım olduğunu anlamaq üçün Türkiyə, Ermənistan və Azərbaycanla işləri davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB