Azər Badamov: “Düşmənin hər bir təxribatının qarşısı milli ordumuz tərəfindən yüksək peşəkarlıqla alınır” RƏY-ÖZƏL
“Ermənistan ardıcıl olaraq cəbhə bölgəsində təxribatlara əl atır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, amma düşmənin hər bir təxribatının qarşısı milli ordumuz tərəfindən yüksək peşəkarlıqla alınır və mütəmadi olaraq erməni dığaları tələf olunur: “Ermənilər törətdikləri təxribatları baş tutmadıqda ölən hərbiçini siyahıdan silmək üçün Azərbaycanı günahlandırır. Həm də Ermənistanın müdafiə naziri Qarabağa səfər edir və səfər çərçivəsində işğal olunan torpaqları Azərbaycana qaytarmaq fikirlərində olmadıqlarını səsləndirir. Bütün bunların kökündə bir məsələ dayanır - Ermənistanın daxilində sabitlik yaratmaq və Paşinyan hakimiyyətinə qarşı qalxmış xalqı sakitləşdirmək. Yəni, Ermənistanda vəziyyət heç də ürək açan deyil. Yeni müxalif partiyalar yaranmaqdadır. Daxili ziddiyyətlər günü-gündən dərinləşməkdədir. Paşinyan hakimiyyəti isə Qarabağ münaqişəsinin birinci yerdə olduğunu, Azərbaycan təxribatlar törətdiyini, işğal olunan torpaqlarda məskunlaşmanın aparacaqlarını kimi sərsəm bəyanatlar səsləndirməklə xalqı sakitləşdirmək istəyir. Burada ən acınacaqlı məsələ odur ki, beynəlxalq ictimaiyyət Ermənilərin həyasızlıqlarını susqunluqla, heç bir reaksiya vermədən qarşılayır. Beynəlxalq güclər heç də insan haqlarının pozulduğu yerlərə, ədalətin bərpası istiqamətində hərəkətə keçmir. Əgər Ermənistanda və ya Qarabağda neft yataqları olsaydı təbii ki, o beynəlxalq güclər ədalətin bərpası üçün çoxdan ermənilərə təzyiq göstərəcəkdilər. Ermənistan borcun içində boğulan, dilənçi ölkədir. Ona görə də beynəlxalq ictimaiyyətin orda maraqları yoxdur və münaqişənin həllinə yaxından yanaşmırlar. Sadəcə uzaqdan münasibət bildirməklə kifayətlənirlər. ATƏT-in Minsk Qrupu heç nə olmamış kimi utanmadan danışıqlar prosesinin davamından danışır. Burada belə nəticəyə gəlmək olar ki, ATƏT-in Minsk Qrupu üçün maraqlısı atəşkəs rejiminin pozulmasına baxmayaraq müharibənin başlanmasının qarşısını almaq və status-kvo saxlanılaraq vəziyyəti necə varsa eləcə də uzatmaqdan ibarətdir. Onlar bilmirlər ki, barıt çəlləyi bir gün erməninin başında partlaya bilər. Azərbaycanın səbir kasası dolmuşdur. Erməni təxribatları Azərbaycan hərbi birləşmələrini hər an aktiv rejimə keçməyə məcbur edə bilər. Əgər Azərbaycan hərbi birləşmələri hücuma keçərsə bu dəfə heç də aprel hadisələri zamanı kim 3-4 günlük müharibə ilə kifayətlənməyəcək. Əgər yenidən bu baş verərsə əminliklə deyə bilərəm ki, ermənilər Azərbaycan torpaqlarından darmadağın ediləcək və onların qurduqları yeni infrastrukturlarla bağlı xəyallara Azərbaycan yenidən sahib olacaqdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB