Manvel Qriqoryanın müdafiəsi barədə vəsatət rədd edilib

Manvel Qriqoryanın müdafiəsi barədə vəsatət rədd edilib

Məhkəmə Manvel Qriqoryanı həbs altına alıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistan Milli Məclisinin sabiq deputatı Manvel Qriqoryanın müdafiə tədbirini dəyişdirmək barədə vəsatətini bir daha rədd edib.

Məlumata görə, Manvel Qriqoryan iclasda iştirak etməyib, o "Nairi" tibb mərkəzindədir. Elə bu səbəblə də müdafiə tərəfi, müttəhimin sağlamlığının pis olması səbəbi ilə qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Girov müqabilində onu sərbəst buraxmağı təklif ediblər. Prokurorluq müdafiə tərəfinin yeni dəlil gətirmədiyini bildirərək vəsatətlə razılaşmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə