"Hüquqlarımın pozulması təcrübəli vəkilləri də sarsıdır"

"Hüquqlarımın pozulması təcrübəli vəkilləri də sarsıdır"

Ermənistanın ikinci prezidenti ölkədə hüquq sistemində baş verənlər barədə öz narazılığını ifadə edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Robert Koçaryan “Ermənistanın Səsi” qəzetinə müsahibəsində Ermənistan ədliyyə sisteminə müraciət edib.

“Ermənistanın ədalət müstıvisində baş verənlər hələ uzun illərdir ölkə üçün utanc olaraq qalacaq. Təqib ili boyu mənim hüquqlarımın kobud şəkildə pozulması halları, hətta təcrübəli vəkilləri də sarsıdır. Hələ orta əsrlərdəki "ədalət" ədəbsizliyi belə "məhkəmə" iclası zamanı müttəhimi bütün hüquqlarından məhrum etməyə imkan verməyib. İndi qanunsuzluq davam edir. Müxtəlif hiylələrlə mənə həbs qərarı verilən qanunsuz qərardan şikayət etmək imkanı da vermir. Ölkənin prokurorluğu siyasi araşdırmaya çevrilib. Bu cür xaosun başqa bir yerdə olacağını təsəvvür etmək çətindir ”, deyə Ermənistanın ikinci prezidenti bidirib.

Robert Koçaryan mövcud hakimiyyətin ədalət uğrunda mübarizəsinin puç olduğunu, pafoslu şuarlarının reallığa uyğun olmadığını da söyləməkdən çəkinməyib. “Qorxu içində olan hakimiyyət, guya ədalət uğrunda döyüşən döyüşçünün məğrur maskasını cıraraq, şüarlarının və səsləndirilən dəyərlərin reallıqla heç bir əlaqəsi olmadığını da hər kəsə göstərdi. Cəmiyyətin düşünən hissəsi bunu çox yaxşı gördü və mövcud hakimiyyət bu kəsimin dəstəyindən məhrum oldu”, deyə Ermənistanın eks-prezidenti fikrini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə