İran hakimiyyəti nümayişlərdə bir nəfərin öldüyünü təsdiq edib

İran hakimiyyəti nümayişlərdə bir nəfərin öldüyünü təsdiq edib

İranın müxtəlif şəhərlərində minlərlə insan küçə və meydanlara çıxaraq "25 bəhmən hərəkatı" adlı etiraz nümayişlərinə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ərəb ölkələrindəki kütləvi aksiyalar fonunda İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi iranlıları bazar ertəsi küçələrə çıxaraq nümayiş keçirməyə çağırıblar. Hazırda İran paytaxtı Tehran küçələrində həddən ziyadə polis və xüsusi təyinatlı birləşmələrin əməkdaşları var.

Eyni zamanda İsfahanda da kütləvi etiraz aksiyaları başlanıb. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi, onun xanımı Rəhnavərd və Mehdi Kərrubi evlərindədir. Onlar ev dustağı edilib, evləri də polislərin mühasirəsindədir. Tehrandakı "Şəhre Recai" həbsxanasında məhbuslar da müxalifətçilərə dəstək aksiyası qismində aclığa başlayıblar.

Tehrandakı Sadeqe küçəsi ilə hərəkət edən müxalifətçilər isə "Rədd olsun diktator!" qışqırırlar. Son verilən xəbərlərə görə rəsmi Tehran nümayəndələri mitinqlər zamanı artıq bir nəfərin öldüyünü təsdiq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə